Bu gün demək olar ki, hər yerdə: yaşayış binalarında, ev, mənzil və ya bağlarda, təhsil müəssisələrində, səhiyyə ocaqlarında, alış-veriş mərkəzlərində, avtobus dayanacaqlarında məhəccərlərin müxtəlif növlərinə rast gəlirik. Balkon, pilləkən, hovuz ətrafında və s. yerlərdə quraşdırılan məhəccərlər estetik görünüş verməklə bərabər, həm də etibarlı çəpərləmə və mühafizə üsuludur.